Əl-Münəzzəl Əl-Mübarək
Cudi dağı — Türkiyədə, cənub-şərqi Anadoluda, Şırnak və Silopi mahal mərkəzləri arasında yerləşən, hündürlüyü 2,114 metr olan dağ.
İslami inanclara görə, Tufandan sonra Nuhun Gəmisi bu dağın üzərinə oturmuşdur. Sözü keçən gəminin Ağrıda tapıldığı mövzusunda söz-söhbətlər vardır. Austen Henry Layard və L. King, bu dağın ətraflarında mismar yazısıyla hazırlanmış Asar kitabələrinə rast gəliblər.
Quranda gəminin Cudi dağına oturduğu qeyd edilir. Hud Surəsində "Ey yerüzü! Ud suyunu. Ey göy! Tut suyunu" deyildi. Su çəkildi, iş bitdi.